Serverləriniz üçün Peşəkar Anti-DDoS
Müdafiə Sistemləri.
Biz serverlərinizi yalnız standart divarlarla deyil, dinamik filtrasiya sistemləri ilə qoruyuruq. AZTEAM mütəxəssisləri tərəfindən həyata keçirilən Anti-DDoS quraşdırılması, layihənizi həm şəbəkə, həm də tətbiq səviyyəsindəki hücumlardan 7/24 sığortalayır.
Server Tənzimlənməsi
Kernel səviyyəsində TCP/UDP stack optimallaşdırılması və "syn flood" hücumlarına qarşı dözümlülük tənzimləmələri.
Proxy & CDN İnteqrasiyası
Real IP ünvanınızı gizlədərək, bütün trafiki təhlükəsiz filtrasiya düyünləri vasitəsilə filtrdən keçiririk.
WAF Quraşdırılması
Web Application Firewall (WAF) ilə SQL injection, XSS və bot hücumlarını tətbiq səviyyəsində bloklayırıq.
DDoS Hücumlarının Növləri
Təhlükəni tanımaq, müdafiənin 50%-dir. Biz hər bir layeri ayrı-ayrılıqda qoruyuruq.
Layer 4 (Şəbəkə Səviyyəsi)
Bu hücumlar birbaşa serverin şəbəkə infrastrukturunu və ötürmə qabiliyyətini (bandwidth) hədəf alır. UDP Flood, TCP SYN Flood və ICMP Flood kimi növləri var. Məqsəd serverin portlarını və bağlantı limitlərini dolduraraq onu əlçatmaz etməkdir.
Layer 7 (Tətbiq Səviyyəsi)
Ən mürəkkəb hücum növüdür. Burada hədəf şəbəkə deyil, birbaşa veb saytın özüdür. HTTP GET/POST Flood vasitəsilə serverin prosessoru (CPU) və yaddaşı (RAM) süni sorğularla yüklənir. Bu hücumlar real istifadəçi hərəkətlərini təqlid etdiyi üçün xüsusi AI filtrləri tələb edir.
Digər DDoS Növləri
- • Volumetrik: Nəhəng trafik həcmi ilə xətti sıradan çıxarır.
- • Protokol: Firewall və Load Balancer-ləri hədəf alır.
- • DNS Amplification: DNS sorğularını istifadə edərək trafiki 50 dəfə artırır.
- • Slowloris: Bağlantıları çox yavaş açaraq serveri gözləmə rejimində boğur.
Hücum Altındasınız?
Təcili müdaxilə qrupumuz 15 dəqiqə ərzində hücumu analiz edib filtrasiya sistemini aktivləşdirə bilər.
"Hücumun başlama anında avtomatik xəbərdarlıq və bloklama."