AZTEAM.AZ Rəqəmsal İnkişaf Mərkəzi

Server & Hosting

Veb Həllər

Hüquqi Məlumat və Şərtlər

İstifadə Şərtləri

AZTEAM platformasından və xidmətlərindən istifadə etməklə siz aşağıda qeyd olunan şərtlərlə tam razılaşmış hesab olunursunuz. Bu şərtlər tərəflər arasındakı hüquqi münasibətləri tənzimləyir.

01

Xidmət Səviyyəsi (SLA)

AZTEAM, təqdim etdiyi hosting və bulud infrastruktur xidmətləri üçün illik 99.9% çalışma (uptime) zəmanəti verir. Texniki fasilələr və planlı profilaktik işlər barədə müştəriyə ən azı 24 saat öncədən məlumat verilir.

02

Ödəniş və Geri Qaytarma

Xidmət haqqı əvvəlcədən ödəniş (pre-paid) əsasında qəbul edilir. Xidmət aktivləşdirildikdən sonra 14 gün ərzində əsaslı texniki çatışmazlıq aşkar olunarsa, geri qaytarma müraciətinə baxıla bilər. Domen qeydiyyatı xidmətləri üçün geri qaytarma mümkün deyil.

04

Məsuliyyətin Məhdudlaşdırılması

Müştərinin səhlənkar davranışı (şifrələrin itirilməsi, icazəsiz scriptlərin istifadəsi) nəticəsində yaranan məlumat itkisinə görə AZTEAM məsuliyyət daşımır. Müştərilərə mütəmadi olaraq şəxsi ehtiyat nüsxə (backup) götürmələri tövsiyə olunur.

Hüquqi sualınız var?

Müqavilələr və xüsusi şərtlərlə bağlı hüquq şöbəmizə yazın.