reorder
WEB HOSTİNG NƏDİR? integration_instructions

Web hosting nədir - Veb-sayt yaradanlar saytı internetdə yerləşdirmək və istifadəçilərə tanıtmaq (hər hansı bir məhsul və ya xidmət haqqında hazırladığı səhifələri, şəkilləri,sənədləri) istəyirlər. Bunun üçün saytı xüsusi olaraq hazırlanmış, internet şəbəkəsinə çox surətli bağlantısı olan, minlərlə istifadəçiyə eyni vaxda xidmət verə bilən bir kompyuterdə (serverdə) yerləşdirmək lazımdır.

 

Sayta aid səhifələri, şəkilləri, sənədləri İnternet istifadəçilərinə təqdim edən kompyuterlərə Web Server, bu kompyuterin (serverin) yaddaşında sənədləri yerləşdirmək üçün ayrılmış yerə isə hostinq deyilir.

 

İnternet şəbəkəsindəki verilənlərin yerləşdirilməsini, saxlanılmasını hostinq ximətləri həyata keçirir. Web hostinq saytın İnternetdə yerləşdirilməsi, saxlanılması, istifadəçilərin sayta əlçatanlığını təmin edir. İnternetin yeni xidmət növü kimi öz fəaliyyətini göstərir. Bu xidmətləri göstərən qurum Hostinq Provayder adlanır. Web hosting nədir və s. suallarımıza saytımızda cavab tapa bilərsiniz.

 

Çox hallarda, bir çox hostinq şirkətləri

 

 

Hostinq anlayışını, bütün mallarınızı saxladığınız bir ev kimi düşünün. Ancaq paltarlarınızı və evdəki əşyalarınızı saxlayırsınız. Bir web hostunda da rəqəmsal faylları (HTML, sənədlər, şəkillər, videolar və s.) bu cür saxlamaq mümkündür.

 

Qısaca olaraq hostinq nədir sualınızın cavabı veb-saytınızın fayllarını saxlayan və internet istifadəçilərinə daxil olmasına imkan verən veb-server (web server), bu məlumatların saxlanması və nəşr edilməsi prosesinə də web hosting deyilir. Web hosting nədir adlı məqaləmizdə həmçinin veb sayt üçün olduqca əhəmiyyətli faktorlar barəsində də məlumat ala bilərsiniz.

Əlavə Edilib: 2021-09-09 01:25
Oxunub: 10 dəfə