Korporativ mail nədir və biznes üçün niyə vacibdir?
· 1 dəq oxu
Korporativ mail nədir?
Korporativ e-poçt (biznes email, şirkət emaili) şirkətinizin öz domeni ilə işləyən ünvandır, məsələn [email protected]. Müştərilər gmail.com kimi ümumi ünvandan gələn məktubdan daha çox şirkət adı ilə gələn məktuba etibar edir.
Üstünlükləri
- Etibar: rəsmi və peşəkar görünüş.
- Brend: hər məktub domeninizi tanıdır.
- İdarəetmə: hər əməkdaşa ayrıca poçt qutusu verirsiniz.
- Təhlükəsizlik: spam və zərərli məktublara qarşı filtr.
Neçə mailbox lazımdır?
Fərdi sahibkar üçün 1, kiçik komanda üçün 3-5, şirkət üçün 10 və daha çox mailbox kifayət edir. Plan sonradan yüksəldilə bilər.
Necə qurulur?
Plan seçin, domeninizi yazın, sifariş hazır olandan sonra kabinetdən info@, sales@ kimi ünvanlar yaradın. Korporativ mail paketlərinə baxın.
Layihənizi birlikdə başladaq
Domen, hosting, sayt və SEO üzrə məsləhət alın.